Lionel Messi maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. 

Unikal.org-un məlumatına görə, Argentina millisinin hücumçusu dünya çempionatı ilə bağlı söz verib.

O, son ana qədər mundiala getməklə bağlı inancının itmədiyini deyib: "Mənim heç vaxt dünya çempionatına getməklə bağlı şübhələrim olmayıb. Ancaq düşünürdüm ki, Ekvadorla son oyuna qədər biz öz yerimizi təmin edərik. Bütün komanda olaraq çempionluğu qazanmaq istəyirik. Söz verirəm ki, əgər mundialın qalibi olsaq, "Müqəddəs Nikolas kilsəsini ziyarət edəcəm.

Qeyd edək ki, sözügedən kilsə Messinin doğulduğu Rosario şəhərinə bir neçə yüz kilometr məsafədə yerləşir.