Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağla İngiltərənin "Çelsi klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

Unikal.org xəbər verir ki, artıq bu qarşılaşmaya 45 mindən çox bilet satılıb. Bu barədə Ağdam klubunun "facebook" səhifəsi məlumat yayıb.

Azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq "iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.

"Qarabağ - "Çelsi oyunu noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.