Rusiyanın İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.

Unikal.org-un "RT-yə istinadən verdiyi xəbərə görə, hadisə Svirsk şəhərində qeydə alınıb.

Hadisə nəticəsində 3 uşaq yanaraq ölüb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.