11 Dekabr 2018
Bakıda sürücülər dalaşdı, avtobusun şüşəsi sındırıldı - FOTO
HADİSƏ 2017-11-18 10:45:23
  • A

Bakının Biləcəri qəsəbəsində sürücülər arasında insident baş verib.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü ona yol vermədiyinə görə 135 saylı sərnişin avtobusuna hücum çəkib. Qəzəbli sürücü avtobusun yan şüşəsini sındırıb.

Nəticədə sürücülər arasında mübahisə düşüb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub.