Türkiyənin Ərzurum vilayətinin 4 uşaq anası Gülten Çoban yaşadığı evdə özünü asıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum səbəbdən intihar edən qadının dəfnə aparılan zaman yaxın qohumları arasında dava düşüb. 

Belə ki, cənazə Asri məzarlığına gətirilib. Bu zaman Gültenin qardaşları onu Asri məzarlığında deyil, doğulub boya-başa çatdığı kəndin məzarlığında torpağa tapşırmalarını istəyiblər. Qadının övladları isə analarının Asri məzarlığında toprağa tapşırmaq istəkləri davaya səbəb olub. 

Bu səbəbdən hadisəyə polis müdaxilə etməli olub. Cənazə Asri məzarlığında deyil, doğulub boya-başa çatdığı kəndin məzarlığında torpağa tapşırılıb.