11 Dekabr 2018
Bakıda Lexus yolu keçən piyadanı vuraraq öldürdü Rafiq Xudiyev SAXLANILDI
HADİSƏ 2017-11-18 12:27:36
  • A

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 17-də saat 22.00 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub.

Nəticədə M.Daşdəmirov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Lexus markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.