Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü kənd sakini Əliyev Vasif Tofiq oğlu tanımadığı şəxs tərəfindən bud nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.