Tovuz sakini döyülüb.

Unikal.org apa-ya isttinadən xəbər verir ki,  rayonun Dondar Quşçu kənd sakini, 1969-cu il təvəllüdlü Abdullayeva Bəsti Fərhad qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Qadın qudası tərəfindən taxta parçası ilə döyüldüyünü bildirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.