Türkiyənin "Beşiktaş klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda öz meydanında "Portunu qəbul edib.

Unikal.org xəbər verir ki, matç qarşılıqlı qollarla 1-1 hesabı ilə başa çatıb.

Beləliklə, xalını 11-ə çatdıran "ağ-qaralar sona 1 tur qalmış qrup liderliyini təmin edib və 1/8 finala vəsiqə qazanıb.

"Beşiktaş həm də Türkiyə tarixində Çempionlar Liqasının qrup mərhələsini lider kimi tamamlayan ilk klub olub.