Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, səhər saat 6 radələrində rayon ərazisində yerləşən fərdi yaşayış evində 1987-ci il təvəllüdlü Aslanova Nübar Zamin qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ailənin birgə nikahdan iki övladı var. Zərərçəkənin dediyinə görə, əri hər gün onu döyürmüş.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.