Bakıda qətl törədilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndər Şükür oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində tanışı, 1972-ci il təvəllüdlü İlqar Yelmar oğlu Mirzəyevi bıçaqlayaraq öldürüb.

Ş. Hüseynov saxlanılıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.