Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ - "Çelsi matçının startında möhtəşəm xoreoqrafiya nümayiş etdirilib.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng plakatda "The Glorious (Şərəf "Qarabağ) və "Far away from home but where you belong ("Evdən uzaq, amma aid olduğun yer) sözləri yazılıb.

"Qarabağ azarkeşləri bununla dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən "Qarabağın doğma yurdundan didərgin düşməsinin mesajını veriblər.

Xatırladaq ki, Türkiyənin "Sabah qəzetinin köşə yazarı Mövlud Tezel oktyabrın 10-da keçirilən "Qarabağ - "Atletikooyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o, "Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına "Qarabağ yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırmışdı.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olmuşdu. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinmiş, yazar isə sosial şəbəkədə Azərbaycan xalqından üzr istəmişdi.