"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org  qol.az-aistinadən xəbər verir ki, təcrübəli mütəxəssis penalti epizodundan da danışıb:

- Qırmızı vərəqə və penaltilər oyunun marağını pozmadımı? "Çelsinin "Qarabağ üzərində qələbə üçün hakim köməyinə ehtiyac var idi?

- Açığı, mənim üçün çətindir. Dəqiq görmədim. Fikrimcə, hakim düzgün iş görməli və qərəzsiz olmalıdır.

- Mərhələ adlamaqla bağlı düşüncələriniz necədir?

- Bəli, bunu bacardıq. İlk hədəfimiz bu idi. "Atletiko ilə oyunu həlledici matç etmədik. "Qarabağ "Atletiko ilə oyunlarda xal almışdı. Həmçinin, "Romaya başağrısı olmuşdu. Bu qələbə məni məmnun etdi.

- Villianın oyunu sizi razı saldı?

- Daha çox komanda haqda danışmağı xoşlayıram. Bütün futbolçular özlərini müsbət tərəfdən göstərdi. Villianın 2 qol vurdu. Bu, onda inam yaratmalıdır. Villian belə də davam etməlidir.

- Təyyarədə yatacaqsınız, yoxsa "Liverpulla oyunu düşünəcəksiniz?

- Uçuş zamanı bunu düşünəcəm. Hazırlıqlar üçün cəmi 1 günümüz qalacaq. Artıq növbəti matçı fikirləşirik.

- "Qarabağ azarkeşlərinin hazırladığı xoreoqrafiyadan nə anladınız?

- Futbolçuların belə atmosferdə oynaması xoşdur. Futbol Azərbaycanda inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdır. Öz fanatlarımıza da minnətdaram ki, uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər.

- İlk matçla müqayisədə "Qarabağın oyununda fərqli nə gördünüz? Ağdam təmsilçisi sizi təəccübləndirdimi?

- İlk oyunda "Qarabağ təşkilatnmış şəkildə idi. Əla məşqçisi və oyunçuları var. Bu gün "Qarabağ 10 nəfərlə də yaxşı oynadı. Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm.