ÇL-in  qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi bəlli olub. 

Unikal.org-un məlumatına görə, dünən keçirilən matçlardan sonra Azərbaycan mövqeyində qalıb. "Çelsi" ilə ev oyununda 0:4 hesabı ilə uduzan "Qarabağ" ölkəmizin xal ehtiyatını artıra bilməyib. 22-ci pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var. 

Qeyd edək ki, ölkəmizdən 1 pillə irəlidə olan Rumıniyanın 20.050 xalı var.