Messi qışda "Barselonanı tərk edə bilər. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Yuventusun qonağı olan "Barselonanın hücumçusunun start heyətində yer almaması və ehtiyat oyunçular skamyasındakı əhvalı belə iddialarınortaya atılmasına səbəb olub. 

İspaniya mətbuatında yer alan məlumata görə, Leo  "Barsadan  qışda ayrıla bilər. Xəbərdə klubla yeni müqavilə bağlamayan Messinin rəhbərliyə ayrılmaq istədiyini bildirdiyi iddia edilib.

Bundan əlavə, argentinalı futbolçunun oyunboyu baş məşqçi Ernesto Valverde ilə danışmaması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, Messinin xidmətində "Mançester Sitinin də maraqlandığı iddia edilirdi.