Çexiya Birinci Liqasında XV tura start verilib. 

Unikal.org apasport.az saytına istinadən məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boileslav da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Praqa təmsilçisi "Dukla ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə yekunlaşıb.
Çempionatın bundan əvvəlki oyunundan qırmızı vərəqə cəzası səbəbi ilə kənarda qalan Ağayev start heyətinə dönüşünda qapısında gördüyü 4 qola üzülüb.
Qeyd edək ki, 15 oyundan sonra aktivində 17 xal olan "Mlada Boleslav turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.