Unikal.org-da bir neçə gün öncə Taleh Heydərovun rəhbəri olduğu "Qəbələ İdman Klubunda idmançılar aylardır ki, maaş ala bilməməsi ilə bağlı xəbər dərc edilmişdi. Bildirilir ki, klubda yerli və xarici oyunçular arasında fərq qoyulur. Bu da azərbaycanlı idmançıları ciddi narahat edir. Klub həm futbolçuların, həm də digər idman növləriylə məşğul olan üzvlərinin maaşlarını 3 aya yaxındır ödəmir.

Unikal.org xəbər verir ki, "Qəbələ" klubunun prezidenti Tale Heydərov səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırarkən xəbərə belə reaksiya verib.

 O, dolayısı yolla da olsa faktı təsdiqləyib:

"Bizdə heç bir problem yoxdur. Müəyyən vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir.