Dünyanın müxtəlif yerlərində yaşayan Rob və Joli səyahət zamanı qarşılaşırlar. Aralarında məsafə təxminən 12 milyon kilometrdir.

Unikal.org-un məlumatına görə, Facebookda yaranan dostluq münasibətləri sonradan məhəbbətə çevrilir. İlk olaraq cütlük yaşadıqları ölkələrdə görüşmək qərarına gəlirlər.

Sonradan isə cütlük dünyanın fərqli ölkə və şəhərlərində qarşılaşıblar. Cütlüyün bu görüşləri artıq 3 ildir ki, davam edir. Bu görüşmələr ən əhəmiyyətli nöqtələrindən biri də bu eşq dolu öpüş pozaları olur.

Cütlük görüşdüyü hər ölkədə bu pozu nümayiş etdirirlər və sosial media hesablarında paylaşırlar.

Ziyarət etdikləri ölkələrdə romantik öpüşlər verərək ənənəyə başlayan cütlük bu prosesu bir müddət sonra möhtəşəm bir layihəyə çevirirlər.

Aradan 3 il keçəndən sonra Rob Joliyə evlilik təklif edir. Evlənmə təklifinin ardınca eyni ölkədə yaşamaq üçün bütün sənəd işlərini də qaydasına salırlar.

Onların bu layihəsi sosial media izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.