Türkiyənin Bursa şəhərində məscid qarşısında partlayış baş verib.
Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, partlayışı təxminən 25 yaşlı qadın terrorçu-kamikadze törədib.
Bildirilir ki, məscid qarşısındakı dükanların şüşələri qırılıb, mallar ətrafa dağılıb. Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.