Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 11-i "isti izlərlə açılıb. 

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 8 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.