"Bavariyanın keçmiş qapıçısı Oliver Kanın evi qarət olunub. 

Unikal.org xəbər verir ki, evə daxil olan oğrular mənzildəki seyfi aparıblar. Həmin vaxt Kan və ailə üzvləri mənzildə olmayıblar.

Sabiq qapıçıya dəyən zərərlə bağlı dəqiq rəqəm söylənilməyib. Amma ilkin məlumata görə, Kana dəyən zərər altırəqəmlidi.

Oliver Kan karyerası ərzində 864 oyun keçirib. O, karyerasını 2008-ci ildə bitirib.