Bu gün Çempionlar Liqasının A, B, C və D qruplarında son turun oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz "Qarabağ səfərdə "Roma ilə qarşılaşacaq. C qrupunda keçiriləcək digər matçda "Çelsi "Atletikonu qəbul edəcək. "Çelsi növbəti mərhələyə vəsiqəni təmin edib. "Atletiko ilə "Roma ya 1/8 final mərhələsinə növbəti "biletin, ya da, Avroliqaya vəsiqənin sahibi olacaq. "Qarabağ üçün isə Romadakı görüşün nəticəsindən asılı olmayaraq, avrokubok mövsümü başa çatıb.

Çempionlar Liqası, qrup mərhələsinin digər oyunlarını diqqətinizə çatdırırıq: 

5 dekabr

A qrupu

23:45 Mançester Yunayted (İngiltərə) - ÇSKA (Rusiya)

Cəzalı: Vernblum, Natxo (hamısı ÇSKA)

Zədəli: Matiç, Kerrik, Fellaini, Baili (hamısı MY), Şennikov, Berezutski (hamısı ÇSKA), Milanov (şübhəli ÇSKA)

Baş hakim: Canluka Rokki (İtaliya)

Yer: Mançester. "Old Trafford stadionu

23:45 Benfika (Portuqaliya) - Bazel (İsveçrə)
Cəzalı: Yoxdu

Zədəli: Ruben Dias (Benfika), Vailati, Van Volfsvinkel, Qaber (hamısı "Bazel), Coffri Di, Kevin Bua (şübhəli, hamısı "Bazel)

Baş hakim: Xesus Jil Manzano (İspaniya)

Yer: Lissabon. "Benfika stadionu

B qrupu

23:45 Seltik (Şotlandiya) - Anderlext (Belçika)
Cəzalı: Yoxdu

Zədəli: Ralston, Roberts (hamısı "Seltik), Sova (Anderlext), Dembele, Bitton (şübhəli, hamısı "Seltik), Nacar, Stankiu (şübhəli, hamısı "Anderlext)

Baş hakim: Matey Yuq (Soveniya)

Yer: Qlazqo. "Seltik Park stadionu

23:45 Bavariya (Almaniya) - PSJ (Fransa)
Cəzalı: Yoxdu

Zədəli: Bernat, Robben, Alkantara (hamısı "Bavariya), Motta (PSJ), Markinyos (şübhəli, PSJ)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Yer: Münhen. "Alyans Arena

C qrupu

23:45 Roma (İtaliya) - Qarabağ (Azərbaycan)

Cəzalı: Bruno Peres (Roma), Rəşad Sadıqov, Pedro Enrike (hamısı "Qarabağ)

Zədəli: Karsdorp (Roma), Bədavi Hüseynov, Ansi Aqolli (hamısı "Qarabağ), Defrel (şübhəli, "Roma)

Baş hakim: Tobias Ştiler (Almaniya)

Yer: Roma. Olimpiya stadionu

23:45 Çelsi (İngiltərə) - Atletiko (İspaniya)
Cəzalı: Yoxdu

Zədəli: David Luis (Çelsi), Xuanfran (şübhəli, "Atletiko)

Baş hakim: Danni Makkeli (Hollandiya)

Yer: London. "Stemford Bric stadionu

D qrupu

23:45 Olimpiakos (Yunanıstan) - Yuventus (İtaliya)

Cəzalı: Fiqeyras (Olimpiakos)

Zədəli: Emenike (Olimpiakos), Hövedes, Kyellini (hamısı "Yuventus), Botia (şübhəli, "Olimpiakos), 
Buffon, Pyaniç, Mancukiç (şübhəli, hamısı "Yuventus)

Baş hakim: David Fernandes Borbalan (İspaniya)

Yer: Preau. "Georgios Karaiskakis stadionu

23:45 Barselona (İspaniya) - Sportinq (Portuqaliya)
Cəzalı: Yoxdu

Zədəli: Maskerano, Umtiti, Rafinya, Dembele, İnyesta (hamısı "Barselona), Dumbia, Conatan Silva (hamısı "Sportinq), Arda Turan (şübhəli, "Barselona)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Yer: Barselona. "Nou Kamp stadionu

Bombardirlər: Ronaldo (Real) - 8, Keyn (Tottenhem) - 6, Ben Yedder (Sevilya) - 6, Kavani (PSJ) - 6, Neymar (PSJ) - 6.