"Real futbol klubunun hücumçusu Kriştianu Ronalduya 5-ci "Qızıl top dekabrın 7-də Parisdə təqdim ediləcək.

Unikal.org xəbər verir ki, təltifolunma mərasimi Eyfel qülləsində keçiriləcək.
Əvvəlcə "France Football jurnalı mükafatı Milad gününə yaxın təqdim etməyi planlaşdırırdı. Lakin "Realın gərgin təqvimi mərasimi dekabrın əvvəlinə keçirməyə məcbur edib.
Oktyabr ayında Ronaldu FIFA versiyasına görə dünyanın ən yaxşı oyunçusu adına ardıcıl olaraq ikinci dəfə layiq görülüb.