Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Yaşıl Dərə Bağlar" yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan, 1970-ci il təvəllüdlü Hüseynov Arif Mustafa oğlu yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.