Çempionlar Liqasının qrup mərhələsi artıq başa çatıb. Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıran "Qarabağın UEFA-dan alacağı vəsaitin təqribi məbləği məlum olub.

Unikal.org bildirir ki, turnirdəki təmsilçimiz "Qarabağ qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurub.

Ağdam təmsilçisi keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bilib. "Qarabağ evdə və səfərdə Madrid "Atletikosundan xal almağı bacarıb. Pley-off-da Danimarka "Kopenhagenini məğlub edən təmsilçimiz 12,7 milyon avroya sahib çıxmışdı. İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib. Həmçinin marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək.

Beləliklə, "Qarabağın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro (təxminən 32 milyon manat) olacaq.

Qeyd edək ki, sxemə əsasən, 1/8 finala çıxan hər bir klub 6 milyon avro, 1/4 finala yüksələnlər 6,5 milyon avro əldə edəcək. Yarımfinalçılara 7,5 milyon, finalda məğlub olan kollektivə 11 milyon avro ödəniləcək. Turnirin qalibinə isə 15,5 milyon avro veriləcək.