2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsində qrup oyunlarının keçiriləcəyi stadionlar müəyyənləşib.

Unikal.org-un məlumatına görə, turnirə ev sahibliyi edəcək 12 şəhərin hər birində 3 qrup oyunu keçiriləcək.

Beləliklə, A qrupunun 3 oyunu Bakı Olimpiya Stadionunda, digər 3 oyun isə Romada təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl çempionatın Avropanın 13 müxtəlif şəhərində keçirilməsi nəzərdə tutulmuşdu, lakin Brüssel bəzi öhdəlikləri yerinə yetirmədiyi üçün turnirdən uzaqlaşdırılıb.