24 yaşlı Azərbaycan vətəndaşı Elbrus Canmirzəyev ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulmasında ittiham olunur.
Unikal.org report-a istinadən xəbər verir ki, müğənni olan E.Canmirzəyeva qarşı cinayət işi Rusiyanın Krasnodar vilayətinin prokurorluğu tərəfindən məhkəməyə göndərilib.

Qəza ötən il dekabr ayının sonlarında Armavir yaxınlığındakı trasda baş verib. Sürücülük vəsiqəsi olmayan müğənni "Lexus" markalı avtomobillə qaranlıq vaxtı eyni istiqamətdə qarşıda hərəkət edən "Skaniya" yük maşınına çırpılıb. Qəza nəticəsində müğənninin 34 yaşlı prodüseri Kamran Əmirov həyatını itirib.