Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər "Zirənin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.

Qurban Qurbanov 2017-ci ildə "Qarabağa ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. "Qarabağ Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. "Köhlən atlar qrup mərhələsində Madrid "Atletikosu ilə qarşılaşmalarda iki xal qazanıb.