"Realın prezidenti Florentino Peres PSJ-nin futbolçusu Neymar haqqında danışıb. 

Unikal.org xəbər verir ki, Peres Neymarın "Realda daha çox uğur qazana biləcəyini vurğulayıb, "qızıl topu qazanması asan olardı:

"Neymarın "qızıl topu qazanmaq şansı "Realda daha çox olardı. "Real o klublardandı ki, böyük futbolçulara arzuladığı hər şeyi verir.

Hər kəs bilir ki, Neymar vaxtilə "Reala keçmək istəyində olub.

Bir müddət əvvəl İspaniya mətbuatında məlumat yayılmışdı ki, Peres Neymarı transfer etməyi planlaşdırır.