Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Unikal.org xəbər verir ki, püşkatmada Avroliqada qruplarda ilk iki yeri tutmuş komandalarla yanaşı, Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş komandalar da iştirak ediblər.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, Dortmund "Borussiya"sı "Atalanta" ilə üz-üzə gələcək.

Püşk "Qarabağ"ın cari avrokubok mövsümündə qarşılaşdığı iki klubu üz-üzə qoyub. Belə ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı "Kopenhagen" və "köhlən atlar"ın qrupda 2 xal aldığı "Atletiko" Avroliqanın 1/16 final mərhələsində münasibətlərinə aydınlıq gətirəcəklər.

Avropa Liqasının 1/16 final mərhələsinin oyunları gələn il fevralın 15-22-də keçiriləcək.

Borussiya D (Almaniya) - Atalanta (İtaliya)

Nitsa (Fransa) - Lokomotiv M (Rusiya)

Kopenhagen (Danimarka) - Atletiko (İspaniya)

Spartak M (Rusiya) - Atletik (İspaniya)

AEK (Yunanıstan) - Dinamo K (Ukrayna)

Seltik (Şotlandiya) - Zenit (Rusiya)

Napoli (İtaliya) - Leyptsiq (Almaniya)

Srvena Zvezda (Serbiya) - ÇSKA (Rusiya)

Lion (Fransa) - Vilyarreal (İspaniya)

Real Sosyedad (İspaniya) - Zalsburq (Avstriya)

Partizan (Serbiya) - Viktoriya (Çexiya)

Styaua (Rumıniya) - Latsio (İtaliya)

Ludoqorets (Bolqarıstan) - Milan (İtaliya)

Astana (Qazaxıstan) - Sportinq (Portuqaliya)

Ostersund (İsveç) - Arsenal (İngiltərə)

Marsel (Fransa) - Braqa (Portuqaliya)