"Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir.

Unikal.org  NBC-yə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.
"Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir, - deyə mer əlavə edib.
Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.
Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.