Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov 4 naziri vəzifəsindən azad edib.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, bunlar sənaye naziri Amanberdi Tuyliyev, əmək və sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov və kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevdir.

Prezidentin sərəncamına əsasən "Türkmenstandartlary Dövlət Xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edib. Digər boş qalan 3 post isə müvəqqəti olaraq nazir müavinlərinə tapşırılıb.