20 yaşlı model Kendall Jenner 10 il sonra özü üçün necə bir həyat tərzi xəyal etdiyini açıqlayıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu il ilk dəfə Victoria s Secret dəfiləsinin podium heyətinə girərək uğur qazana model, Cindy Crawford və Gisele Bundchendən nümunə aldığını söyləyib.
Jenner 30 yaşında ailə həyatı qurmaq istədiyini qeyd edib:
"Öz möcüzə dünyamı yaradacam. 10 il sonra, yəni 30 yaşımda ailə həyatı quracam. Ərim, bir neçə uşağım və Malibuda gözəl bir evimin olmağını istəyirəm".