Rusiya İrəvanda yerləşən Erebuni bazasındakı MiQ-29-ların xüsusi təlimlərinə başlayıb.

Unikal.org axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Təlimlərdə pilotlar 25 metrdən 10 kilometrə qədər yüksəkliklərdə manevrlar həyata keçirəcəklər.
 
Qeyd edək ki, Erebuni bazası Rusiyanın Gümrüdəki 102-ci bazasına tabedir. 2010-cu ildə Moskva və İrəvan 102-ci bazanın ölkədəki fəaliyyətini 2044-cü ilə qədər uzatmaq haqqında müqavilə imzalayıblar. Erebuni bazası S-300-lər və MiQ-29-larla təchiz edilib.