Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min "Volkswagen Touareg" avtomobilini geri çağırır.

Unikal.org-un məlumatına görə, onlardan 25,8 mini ölkə daxilinə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaz təmizləyici sistemin işində yaranmış nasazlıqdır.

Volkswagen konserni artıq həmin marka avtomobillərin istehsalında lazımi dəyişikliyi etdiyini bildirib.