Müğənni və aktrisa Zuhal Olcayı 1 ildən 4 ilədək həbs cəzası gözləyir.

Unikal.org Türkiyə mətbuatına istiandən xəbər verir ki, buna səbəb Zuhalın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etməsidir.

Bildirilik ki, müğənni 2016-cı ildə İstanbulun Kadıköy ərazisində səhnədə çıxış edib və "Boş vermişim dünyayı mahnısının sözlərini dəyişərək Ərdoğan haqqında nalayiq ifadələr işlədib. Olcayın məkandan çəkilən görüntüləri prokurorluğa təqdim olunub.

İfadəsində sənətçi içkili olduğunu və tamaşaçılardan birinin ona prezident haqda söz atdığı zaman həmin sözləri dediyini qeyd edib.