Rusiyanın Ankaradakı mərhum səfiri Andrey Karlovun qətlinə görə daha bir nəfər həbs edilib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qətllə əlaqədar aparılan istintaq çərçivəsində keçmiş polis əməkdaşı Ramazan Yücel saxlanılıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.