İngiltərədə qəribə hadisə baş verib. Unikal.orgxarici mətbuata istinadən xəbər verir ki, ölkənin Lester şəhər məhkəməsi bir sürücüyə 8 il hökm oxuyub.

Sürücünün belə cəzalanmasına səbəb onun pornoqrafiyaya baxa-baxa sükan idarə etməsi olub. 56 yaşlı Feliks Gillon "Scania" markalı ağır tonnajlı yük maşınını idarə edərkən sükan arxasında telefonla oynayıb. Bu zaman yolun qarşı tərəfinə çıxan F.Qillionun idarə etdiyi yük maşını yol kənarında hərəkətsiz halda olan minik avtobilinə çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü 55 yaşlı Kerri Pemberton hadisə yerində dünyasını dəyişib.

İstintaq zamanı bəlli olub ki, qəzaya səbəb yük maının sürücüsünün sükan arxasında telefon vasitəsilə porno filmə baxması olub. Bu da onun durumuna təsir edib və ani olaraq özündən gedib.

Qəza zamanı F.Qillion mobil telefonunu gizlətməyə çalışıb, lakin istəyinə nail ola bilməyib. Polislər telefonu aşkarlayaraq sübut kimi onun əlindən alıb.