Türkiyənin sabiq baş naziri Məsud Yılmazın ailəsin faciə baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlu Yavuz Yılmaz evində ölü tapılıb.

Onun bədənində odlu silahdan açılan güllə yaraları olub. 38 yaşlı Yavuz Yılmazın meyidi evin xadiməsi tərəfindən yatağında aşkarlanıb.

Polis faktla bağlı araşdırma aparır. Nazirin oğlunun intihar etməsi ehtimal olunur. 

Sabiq nazir xəbəri ABŞ-da olarkən alıb. Onun Türkiyəyə gəlmək üçün yola düşdüyü bildirilib.