Rusiyanın İrkutsk vilayıtində sərnişin avtobusu aşıb.

Unikal.org Rusiya mətbuatına istinadən bildirir ki, avtobusun aşması nəticəsində 10 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəza zamanı avtobusda 36 sərnişin və 2 sürücü olub. Qəzanın səbəbi araşdırılır.