Əfqanıstanın cənubunda əcnəbi əsgərləri daşıyan avtomobil karvanının yaxınlığında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində bir qadın həlak olub.

Unikal.org-un "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Hücum, Qəndəhar əyalətinin Daman mahalında yerli vaxtla saat 14.00-də baş verib. Partlayış nəticəsində daha beş mülki şəxs yaralanıb. İlkin məlumatlara görə, xarici əsgərlər arasında ölən və xəsarət alan yoxdur. Hələlik heç bir qruplaşma hücum görə məsuliyyəti öz üzərinə götürməyib.