Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı ifşa edilib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğana sui-qəsd etmək istəyən terror təşkilatının 9 üzvü Yunanıstanın paytaxtı Afinada saxlanılıb.

Onların Türkiyə prezidentini öldürmək istədiyi məlum olub. Saxlanılan şəxslər əl qumbarası və molotov kokteyli ilə Ərdoğana sui-qəsd etməyi planlaşdırıblar.

Hazırda istintaq davam edir, faktla bağlı araşdırma aparılır.