Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şırnak konfransında çıxışının sonunda təhlükəli anlar yaşayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı iştirakçılarla sağollaşan an vətəndaşlardan biri platformaya qalxaraq onu qucaqlamaq istəyib.

Bu zaman panika yaşanıb və həmin şəxs prezidentin mühafizəçiləri tərəfindən oradan uzaqlaşdırılıb.