Tələbə yataqxanasının əməkdaşı 9 oğlana təcavüz edib.

Unikal.org xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində özəl yataqxanaların birində baş verib.

Bu iddalarla saxlanılan Ömər Faruk adlı şəxs ittihamları qəbul edib. Lakin 12 yaşlı bir tələbənin öz istəyi ilə cinsi əlaqədə olduqlarını deyib. O, bildirib ki, həmin uşaqla "Votsap" yazışmasında onu cinsi əlaqədə olmaq üçün çağırdığı açıq yazılıb.

"İddia edildiyi kimi digər uşaqlarla cinsi əlaqəm olmayıb" - deyə, ittiham edilən şəxs deyib.

2 uşağın cinsi istismara məruz qaldığı rəsmi olaraq təsdiqlənib.

Faktla bağlı araşdırma 12 yaşlı uşağın başına gələnləri anasına danışmasından sonra başlayıb. Polis yataqxanada 20-yə yaxın uşaqla görüşüb, pedaqoq və psixoloqlarının dəstəyi ilə onlarla söhbət edilib. 3 uşaq Ömər Faruk adlı əməkdaşın onlara təcavüz etdiyini deyib.

Şübhəlinin telefon və kompüterində uşaqlara aid şəkillər aşkarlanıb. Hətta onun "Votsap"da 9 uşaqla birlikdə qrup yaratdığı və orada cinsi məzmunlu mesaj və şəkillər paylaşdığı məlum olub.

İddialardan sonra bu ölkənin Təhsil Nazirliyi yataqxanın fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb. Uşaqların bəziləri öz ailələrinin yanına gedib, bəziləri isə başqa yataqxanalara yerləşdirilib.(publika.az)