ABŞ-ın Missisipi ştatında silahlı insident baş verib. 

Unikal.org-un "RT-yə istinadən verdiyi xəbərə görə, hadisə Viksberq şəhərində qeydə alınıb. Məlumata əsasən, restoranların birində baş verən atışma nəticəsində 5 nəfər yaralanıb. Onların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir. "WJTV 12 News telekanalının xəbərinə görə, hadisə ilə əlaqədar 21 yaşlı Denzel Uotts saxlanılıb.