Xəbər verdiyimiz kimi, içərisində azərbaycanlıların da olduğu türk gəmisi çətin anlar yaşayıb. Belə ki, Yunanıstanın Mikonos adası yaxınlığında, türk şirkətlərindən birinə aid "Little Şeşma" adlı yük gəmisi qayalıqlara doğru yan alıb.

Unikal.org xəbər verir ki, qayalıqlardakı mağaraya sığınan gəmi ekipajı 24 saat sonra qurtarılıb. Mağaraya saxlanaraq kömək gəlməsini gözləyən 12 ekipaj üzvü pis hava şəraiti səbəbiylə çətinliklə xilas edilib.

Qeyd edək ki, İstanbul Tuzla Limanında Şimali Kipr Türk Respublikasının Gazimağusa Limanına getmək üzrə yol alan 114 metr uzunluğunda, 13 metr genişliyindəki "Little Şeşma adlı gəmi dekabrın 23-də səhərə yaxın, Yunanıstanın Mikonos adası yaxınlığında mühərriki xarab olub. Fırtınanın da təsiriylə sürüklənən gəmi Mikonos adasının cənubundakı qayalıqlara doğru yan alıb.

Ziyan dəyən gəmiyə su dolmağa başlayıb. Gəmidəki 9-u Ukrayna, 3-ü Azərbaycan əsilli ekipaj qurtarma üzvü qayalıklardakı bir mağaraya sığınaraq kömək gözləyiblər.