"Volkswagen Group Rus" şirkəti Rusiyada 1800-dən çox "Audi" markalı avtomobili geri çağırıb.

Unikal.org-un məlumatına görə, qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2011-2016-cı illər arasında Rusiyada satılmış A4, A5 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.