Zərdabda mağazadan 70 min manatlıq siqaret oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 70 000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.