"Sankt-Peterburq şəhərində supermarketdə törədilən partlayış terror aktıdır.

Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşdə deyib.

Qeyd edək ki, dekabrın 27-də Sankt-Peterburqda törədilən partlayış nəticəsində 13 nəfər yaralanıb.