Beyləqanda bələdiyyə binasında bankomatdan 51 min manta pul oğurlanıb.

Unikal.org-un məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulan Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri - Rizvan Ağayev, Elməddin Zülfüqarov və Xəyal Rüstəmovla birgə Əhmədli kəndi ərazisində kənd bələdiyyəsinin inzibati binasında quraşdırılmış bankomatdan 51 min manta pul oğurlamaları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.